29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş katib köməkçisinin Ermənistan haqqında sözləri

08.04.2021

"Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən çolxu sayda insan var.”

DM xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.

"Biz istəyirik ki, onların həyatları bundan sonra öz axarına qayıtsın. Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstəyini nümayiş etdirməyə çağırırıq”, - deyə o bildirib.

O, təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar 2016-cı ildə təmas qrupu yaratdığını da xatırladıb.

"Həmin dövrdən bu günədək biz ilk dəfə azad olunmuş ərazilərə səfər etmək imkanı qazandıq. Öz gözlərimizlə həmin ərazilərdə törədilən vandallıqları gördük. Bütün kəndlərin yer üzündən silinməsi hallarının şahidi olduq. Bu, çox məyusedici və kədərli mənzərədir”.

O bildirib ki, məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini görüblər:

"Məzarlıqların dağıdılmasının şahidi olduq. Bu, onu göstərir ki, işğalçılar təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib”.