29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

08.04.2021

Suriyada "Zeytun budağı” əməliyyatı bölgəsinə hücum etməyi planlaşdıran 2 terrorçu zərərsizləşdirilib.

DM xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq! "Zeytun budağı”ı bölgəsinə hücum edən terrorçuların mövqeləri təsbit olunduqdan sonra onların məhv edilməsi istiqamətində əməliyyatlarımız davam edir. Hücum etməyə hazırlaşan daha 2 terrorçu komandolarımız tərəfindən zərərsizləşdirilib", - nazirlikdın bildirilib.

Qeyd edək ki, aprelin 7-də "Zeytun budağı” bölgəsində PKK/YPG-PYD terror qruplaşmasının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub. Cavab atəşi nəticəsində 3 terrorçu məhv edilib. Bununla da iki gündə həmin regionda 5 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, "Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanınn şimalında PKK/YPG-PYD terror qruplaşmasına qarşı başlayıb. Əməliyyat bölgəsinə Suriyanın Afrin, Hələb, Suriya-Türkiyə sərhədi daxildir.