29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli komandamız Slovakiyada oyuna çıxır

08.04.2021

 Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

DM xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu millimiz Levitse şəhərində Slovakiya yığması ilə qarşılaşacaq.

Millinin heyətində braziliyalılar – Rafael Vilela, Vasoura, Tyaqo Bolinya və iranlı Hadi Əhmədi zədə səbəbindən oynaya bilməyəcək.

Xatırladaq ki, komandamız bu rəqibini yanvarın 29-da Bakıda 4:1 hesabı ilə məğlub edib. 

Avropa çempionatının seçmə mərhələsi:

3-cü qrup

18:00 Slovakiya - Azərbaycan

Hakimlər: Kirill Naishouler, Arttu Künaraynen (hər ikisi Finlandiya), Martin Matula (Slovakiya)

Timekeeper: Miroslav Yezik (Slovakiya)

Hakim-inspektor: Peri Qotye (Belçika)

Levitsa İdman Sarayı

Qeyd edək ki, qrupda 12 xalı olan Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Millimiz üçün bu qarşılaşma sadəcə qrup liderliyini təmin etmək baxımından vacibdir.