29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şimali İrlandiyada QALMAQAL

08.04.2021

Şimali İrlandiyada növbəti dəfə nümayişçilərlə polislər arasında toqquşmalar olub, etirazçılar avtobusu yandırıblar.

TASS agentliyi xəbər verir ki, bu barədə hadisələrin baş verdiyi inzibati ərazinin polis idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, paytaxt Belfastda nümayişçilər ikimərtəbəli avtobusu qaçırıb, daha sonra nəqliyyat vasitəsinin içinə yandırıcı mayenin olduğu butulkanı ataraq onu yandırıblar.

Qeyd edək ki, iğtişaşların səbəbi ölkə prokurorluğunun koronavirus qadağalarına məhəl qoymayan millətçi "Sinn Fein” partiyası üzvlərinə cinayət işi açmaqdan imtina etməsi olub.

Millətçi partiyanın üzvləri COVID-19 qadağalarına məhəl qoymayaraq kütləvi şəkildə ölkənin Birləşmiş Krallıqdan ayırmaq üçün mübarizə aparmış Bobbi Storinin məzarını ziyarət ediblər.