Rusiyadan Pakistana HƏRBİ DƏSTƏK 
    
                         
     
                         07.04.2021
 
    
                        Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ölkəsinin Pakistana hərbi texnika göndərməyə hazır olduğunu açıqlayıb.
Lavrov bildirib ki, Moskva Pakistanın antiterror potensialını gücləndirmək üçün ora hərbi texnika tədarük etməyə hazır olduğunu təsdiqləyib.
Mk.ru xəbər verir ki, o, pakistanlı həmkarı Şah Mahud Qureşi ilə danışıqlardan sonra bu barədə açıqlama verib.
Bundan əlavə, o qeyd edib ki, Rusiya Hindistan və Pakistanın münasibətləri normallaşdırmağa yönəlmiş addımlarını dəstəkləyir.
Rusiya və Pakistan Əfqanıstanla bağlı hərtərəfli güc strukturlarının formalaşmasına kömək barədə razılığa gəliblər.
Lavrovun fikrincə, Əfqanıstandakı müharibəyə son qoyulmalıdır. Buna nail olmaq üçün konstruktiv həllərə ehtiyac var.