29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jurnalistlər Zəngilana səfər edirlər

07.04.2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edir.

DM Oxu.Az-a istinadən bildirir ki, səfərin məqsədi ermənilərin işğalı zamanı Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.

Səfər zamanı jurnalistlər Zəngilan şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcəklər və ərazidə ağaclar əkəcəklər. Daha sonra isə rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə baxış keçiriləcək. Həmçinin jurnalistlər Sarıqışlaq kəndi yaxınlığında yerləşən "Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.