29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan İrana qarşı addım

07.04.2021

ABŞ İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyaların müəyyən hissəsini ləğv etməyə hazırdır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ənənəvi brifinq zamanı bəyan edib.

O bildirib ki, burada söhbət nüvə sazişinə zidd olan sanksiyalardan gedir.

Dövlət Departamenti rəsmisi qeyd edib ki, bu addımın əvəzi olaraq, İran tərəfi də öz növbəsində ABŞ-a qarşı maksimalist tələblərdən imtina etməlidir.

Xatırladaq ki, bu gün Rusiya, Çin, Almaniya, Fransa və Britaniyanın iştirakı ilə Vyanada İranın nüvə proqramı ətrafında müzakirələr başlayıb.

Hazırda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli də Avstriya paytaxtındadır.