29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin 10 ən zəngin adamı

06.04.2021


Dünyanın və Türkiyənin ən zəngin siyahısı açıqlandı. Jeff Bezos 177 milyard dollarlıq sərvəti ilə dünyada ilk sırada qərarlaşıb. Türkiyədə isə birincilik Murat Ülkerdə - 6.3 milyard dollar. Qeyd edək ki, keçən il Türkiyədəki dollar milyarderlərinin sayı artaraq 23-dən 27-ə yüksəlib.

Bu məlumatlar ABŞ-da nəşr olunan "Forbes" jurnalı 2021-ci ilədək dünyanın ən varlı adamlarının dərc olunmuş siyahısında açıqlanıb. Amazon CEO'su Jeff Bezos, 177 milyard dollarlıq sərvəti ilə dünyanın zirvəsində idi. Pandemiya səbəbindən dünya iqtisadiyyatının ciddi bir böhran yaşadığı bir vaxtda Bezos sərvətini 113 milyard dollardan 177 milyard dollara yüksəldib.

Türkiyədə Murat Ülker, 6,3 milyard dollar sərvəti ilə birinci yeri tutdu. 2020-ci ilə nisbətən sərvətini yüzdə 46,5 faiz artıran Ülker dünyada 421-ci sırada qərarlaşıb. Ülker keçən il dünyada 414-cü sırada yer almışdıdı.

4.4 milyard dollarlıq bir sərvət ilə Erman Ilıcak Türkiyədə ikinci yerdədir. 2020-ci ilə nisbətən sərvətini yüzdə 41,9 faiz artıran İlıcak, dünyada 655 sırada yer alıb və dünyanın ən zəngin iki Türkündən biri olub.

Türkiyənin ən varlı 10 adamının sərvəti, 29,8 milyard dollara çatır. (Şəkildə onların adlarını, yer və sərvətlərinin miqdarını sizə təqdim edirik)

Forbes-ə görə dünyada keçən il 2095 olan milyarder sayı, 2021-ci ildə artaraq 2755-ə çatıb.

Türkiyədəki dollar milyarderlərinin sayı da 23-dən 27-yə yüksəlib.

ABŞ 724 nəfərlə ən yüksək milyarder olan ölkə kimi mövqeyini qoruyur. ABŞ-dakı milyarderlərin sərvəti son bir ildə 1,5 trilyon dollar artaraq 4,4 trilyon dollara çatıb.

Çin 626 milyarder və ümumi sərvəti 2,5 trilyon dollar olan ikinci sırada yer alıb. Çinli milyarderlərin sərvəti isə 1,3 trilyon dollar artıb.

Çinin ən zəngin insanı 68.9 milyard dollar sərvəti ilə Zhong Shanshandır.