Süveyş kanalında daha bir gəmi ilişdi  
    
                          
     
                         06.04.2021
 
    
                         Süveyş kanalının cənubunda, təxminən "Ever Given”in ilişdiyi yerdə növbəti gəmi saya oturub.
DM xəbər verir ki, bu məlumatı "RİA Novosti” yayıb. Məlumata görə, tanker demək olar ki, kanalı qapadıb. Hələlik insidentlə bağlı digər detallar barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan öncə "Ever Given” gəmisi oxşar situasiya yaşamış, nəticədə bir neçə gün Suveyş kanalında hərəkət dayanmışdı.