05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda "saxta polis" saxlanıldı

06.04.2021

 Lənkəranda saxta polis saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib.

Onun əynində arxa hissəsinə iri şriftlərlə "Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində "polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomovildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur.