19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Baş nazir intiharın qarşısını alıb - BAKIDA + VİDEO

30.07.2018

Heydər Əliyev prospektində, "Koroğlu” metrostansiyasının yaxınlığındakı yol ötürücüsünün üstünə bir nəfər intihar məqsədilə çıxıb.
"Dövran Media" xəbər verir ki, yolda ciddi tıxacın yaranmasına səbəb olan insidentə görə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri olay yerinə cəlb olunub. İntihar etmək istəyən şəxslə aparılan psixoloji söhbətlərdən sonra o, fikrindən daşınıb.
Musavat.com isə intiharın qarşısını Baş nazir Novruz Məmmədovun aldığı haqda məlumat yayıb. Bildirilir ki, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs kişi olub.
O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.
Həmin zaman Baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
İntihar etmək istəyən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.
Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.