05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransız polisinin PKK-ya müdaxiləsi

06.04.2021

Avropa Şurası Kommunikasiya Direktoru Daniel Höltgen etdiyi açıqlamada, terror təşkilatı lideri Abdullah Öcalanın sərbəst buraxılması üçün bir nümayiş təşkil edən PKK tərəfdarlarının, Strasburqdakı Avropa Şurasının Agora binasına girdiyini bildirdi.

DM SABAH HABER-ə istinadən xəbər verir ki, Fransız mətbuatında yer alan xəbərlərdə polisin gözyaşardıcı qazla PKK tərəfdarlarına müdaxilə etdiyi ifadə edildi.

Strasburq Prokurorluğunun paylaşdığı məlumata görə, hadisə ilə əlaqəli 2 nəfər nəzarətə alındı.

Terror təşkilatı PKK tərəfdarları 2019-cu ilin fevralında Avropa Şurası binasına və polisə hücum etmişdi.

Hadisədə 43 PKK sempatizanı nəzarətə alınmışdı.