06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-dən AÇIQLAMA

06.04.2021

 TƏBİB COVİD-19 xəstələri ilə çalışan həkim heyətinin işi və bu infeksiyaya yoluxmuş şəxslərin müalicəsi məsələsinə münasibət bildirib.

Qurumdan daxil olan məlumatda bildirilir ki, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən COVID-19 xəstələrinə yanlış tövsiyələr verildiyinə və  müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. 

Qeyd edilib ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir: 

"Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. 

Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik".

Həmin müalicə protokolu ilə bu linkə daxil olaraq tanış ola bilərsiz.