Ovannisyan istefa verdi 
    
                          
     
                         06.04.2021
 
    
                         Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi, nazirliyin Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.
Bu barədə DM "Sputnik Ermənistan”a istinadən xəbər verir.
Məlumata görə, Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsi yazıb.
İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.