06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə: son 24 saatda 193 ölüm

05.04.2021


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 193 nəfər vəfat edib.

Bu barədə "covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 42 551 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 25 627, ağır xəstələr isə 2407 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 529 601 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 3 130 977 nəfər sağalıb, 32 456 nəfər isə həyatını itirib.