06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin qanun imzaladı

05.04.2021

 Rusiya prezidenti Vladimir Putin ona o cümlədən yenidən prezidentliyə namizəd olma hüququnu verən qanunu imzalayıb.

DM TASS-a istinadən xəbər verir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanunun bir sıra müddəaları Konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə hazırlanıb. Əsas qanunun maddələrindən birinə görə, eyni şəxsin Rusiya prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının limiti mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu, mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.

Sənəd dövlət başçısının azı 35 yaşı olan, ölkədə azı 25 il daimi yaşayan, eləcə də bundan əvvəl heç vaxt başqa dövlətin vətəndaşı olmayan və başqa dövlətdə yaşayış icazəsi olmayan Rusiya Federasiyasının vətəndaşı olmasını müəyyənləşdirir.