06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan futbolunda qalmaqal

05.04.2021

 Vanadzor şəhərini təmsil edən "Lori” klubu Ermənistan Futbol Federasiyasına Premyer Liqadan çıxması barədə ərizəni təqdim edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

"Ermənistan Futbol Federasiyasının Apellyasiya Komitəsinin apardığı araşdırma və qəbul etdikləri qərar ədalətli olmayıb. Bu, bizə başqa çıxış yolu qoymur”, - deyə klubdan bildirilib.

Klubun çempionatı tərk etməsində siyasi motivlərin olması da istisna edilmir.

Qeyd edək ki, klub hələ 2020-ci ilin avqustunda "Urartu” ilə qarşılaşmada pandemiya səbəbilə oynaya bilməməsinə görə texniki məğlubiyyət verilməsi qərarına etiraz etmişdi.