28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda minaya düşənlərin sayı

05.04.2021

Ermənilər uzun illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi şəkildə minalar qoyublar. Bu gün ölkəmizin Vətən müharibəsində qazandığı qələbədən sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) genişmiqyaslı təmizləmə əməliyyatları həyata keçirir. Lakin minalanmış ərazilərin xəritəsinin olmaması bərpa prosesini xeyli çətinləşdirir.

"Minalanmış ərazilərin xəritəsinə sahib olmaq azad edilmiş ərazilərin planlaşdırılması və yenidən qurulması üçün vacib amildir. Ancaq düşmən düşməndir və bizə xəritələr təqdim etsələr də, Agentliyin araşdırma və kəşfiyyat qruplarının hər şeyi aydınlaşdırması və ərazilərin hərtərəfli yoxlanışdan keçməsi lazımdır”.

Bu barədə ANAMA-nın Ərazilərin Tədqiqatı və Təmizlənməsi üzrə Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov məlumat verib.

ANAMA işçilərinin mina təmizlənməsi əməliyyatları zamanı üzləşdikləri problemlərlə bağlı sualı cavablandıran İ.İsmaylov qeyd edib ki, əməliyyatlar yağışlı və şaxtalı havalarda aparılmır.

"Təmizlənmə işləri aparılarkən ərazinin coğrafi yeri, landşaft və hava şəraiti daxil olmaqla bir çox amillər nəzərə alınır”, - deyə o bildirib.

İ.İsmayılovun sözlərinə görə, minaların partlaması daha çox əvvəllər döyüş əməliyyatlarının aparıldığı azad edilmiş ərazilərdə baş verir. Xüsusilə, Birinci Qarabağ müharibəsindən sonra 2 806 nəfər zərər çəkib, 639 nəfər ölüb, 44 günlük Vətən müharibəsindən sonra 32 nəfər zərər çəkib, 18 nəfər həlak olub.

"Landmines Monitor” jurnalının məlumatına görə, 2018-ci ildə dünyada 6 897 nəfər minalardan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb və ya həlak olub. Bunların 71 %-i (4 897 nəfər) mülki vətəndaşlardır ki, onların da 54 %-ni (2 644 nəfər) uşaqlar təşkil edir.