Vilayət Eyvazovdan yeni TƏYİNAT  
    
                          
     
                         05.04.2021
 
    
                        Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) yeni kadr təyinatı olub.
DM Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ramil Salayev Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Qeyd edək, ki, R.Salayev bu təyinata qədər Şirvan ŞPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.