08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dahi bəstəkar Qara Qarayev Filarmoniyada konsertlə anılacaq

29.01.2018

Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramları təqdim olunacaq.
Konsertlər Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək. İlk konsert proqramı fevralın 5-də təşkil ediləcək. Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Növbəti konsert proqramı isə fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq. Konsert Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunacaq./azertac/