28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Varşavada azərbaycanlı gənclərə hücum olub

03.04.2021

 Polşada azərbaycanlı tələbələrə soyuq silahla hücum edilib.

DM-in məlumatına görə, hadisə martın 26-da paytaxt Varşavada baş verib.

Belə ki, ölkədə təhsil alan 6 azərbaycanlı gənc naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, şəhərin Bemova rayonu ərazisində bir qrup şəxslə azərbaycanlı tələbələr arasında mübahisə yaranıb. Onlar azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlədərək hücum ediblər. Bu zaman əlbəyaxa dava düşüb.

Qarşı tərəf "beşbarmaq”la azərbaycanlı gənclərə yüngül xəsarətlər yetirib. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar.