25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Aprel şəhidləri anılıb

02.04.2021

 Aprelin 2-də Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Aprel döyüşlərinin 5-ci ildönümü ilə bağlı şəhidlərimizin məzarını ziyarət edib və üzərinə əklil qoyub, gül dəstələri düzüblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.