28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Şuşaya atılmış raket "İskəndər-M" raketidir" - ANAMA

02.04.2021

"Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

DM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir".