25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Futbol komandamız Kiyevdən qələbə ilə qayıdır

29.07.2018

Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan azərbaycanlı idman jurnalistlərindən ibarət komanda ukraynalı həmkarları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan yoldaşlıq görüşü keçirib.
"Hidropark" İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma azərbaycanlı jurnalistlərin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev "Dinamo"sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib.
Görüşü Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev başda olmaqla, diaspora nümayəndələri də izləyib.
Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyinin, həmçinin AAAF Park-ın təşkilati dəstəyi əsasında həyata keçirilib.