04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-dən vacib açıqlama

01.04.2021

"Hazırda çarpayı fondu ilə bağlı problemimiz yoxdur".

DM xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, problem stasionar çarpayı ilə bağlı olmur: "Bununla bağlı heç bir problem olmur. Bizim modul tipli xəstəxanalarımız var. Biz, əsasən, reanimasiyada çarpayı ilə bağlı problemlərlə üzləşirik. Daha çox önəmli olan bu göstəricidir.

Bu gün hələ ki, bu problemlə üzləşməmişik. Bununla bağlı fəaliyyət planımız var. Əgər epidemioloji vəziyyətlə əlaqədar reanimasiya çarpayılarının dolması olarsa, dövlət tərəfindən lazımi tədbirlər görüləcək".