04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın sabah istefasi gözlənilir

01.04.2021

Nikol Paşinyan sabah istefaya gedəcək.

DM xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən "Joxovurd” qəzeti yayıb. Məlumata görə, Paşinyan istefasıyla bərabər siyasətdən gedəcəyini də açıqlayacaq:

"Baş nazir bir müddət əvvəl öz komandası ilə görüşdə deyib ki, ona ümid bəsləməsinlər, çünki o daha heç bir siyasi prosesdə iştirak etmək istəmir. Mülki Müqavilə Partiyasının İdarə Heyəti onu fikrindən döndərməyə çalışsalar da, buna nail ola bilməyiblər. Nikol Paşinyan həmçinin gələcəkdə nə işlə məşğul olacağını da açıqlamayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan özü seçkilərə görə vəzifəsindən istefa verəcəyini, ancaq baş nazirin səlahiyyətlərini icra edəcəyini və seçkiyə girəcəyini açıqlamışdı.