12 ölkə Şimali Koreyadakı səfirliyini bağladı  
    
                         
     
                         01.04.2021
 
    
                        12 ölkə və beynəlxalq humanitar təşkilatlar Şimali Koreyadakı nümayəndəliklərini bağlayıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, buna səbəb ölkədəki kəskin ərzaq və dərman çatışmazlığıdır.
Böyük Britaniya, Venesuela, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirliklərinin və beynəlxalq humanitar təşkilatların əməkdaşları ölkəni tərk edib.