29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Trampın qərarını ləğv etdi

01.04.2021

ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

"Korrespondent” nəşri xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə deyib.

Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.