02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşanı işğal etmiş erməni general öldü

31.03.2021

 Ermənistan ordusunun ehtiyatda olan general-mayoru Arkadi Ter-Tadevosyan ölüb.

DM Ermənistan KİV-nə istinadən xəbər verir ki, 82 yaşlı general Yerevan xəstəxanalarından birində koronavirusdan ölüb.

 "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan"Erebuni" Tibb Mərkəzində müalicə olunurdu.

Arkadi Ted-Tadevosyan 1939-cu ildə Tbilisidə anadan olub.

Separatçılar tərəfindən "Dağlıq Qarabağ Qəhrəmanı" adı verilmiş general-mayor 1992-ci ilə Şuşanı işğalı zamanı erməni silahlı qüvvələrinə komandirlik etmişdi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşməndən azad edib.