02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskovdan Rusiya haqqında AÇIQLAMA

31.03.2021

Kreml mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyadakı demoqrafik vəziyyətdən danışıb.

DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov təbii artımla bağlı demoqrafik vəziyyəti böyük problem adlandırıb.

"Bu problem böyük problemdir. İndi Rusiyada demoqrafik vəziyyət çox pisdir. Amma xeyli addımlar atılır. Hələ ki, problemlərin çözülməsi mümkün olmayıb", - deyə sözçü bəyan edib.

Rusiyadakı epidemioloji vəziyyətə də toxunan Peskov ölkədə koronavirus pandemiyasının üçüncü dalğası ilə bağlı təhdidin mövcud olması barədə xəbərdarlıq edib. Kreml mətbuat xidmətinin rəhbəri həmçinin Putinin Makron və Merkellə videokonfrans formatında görüşündən də danışıb. O qeyd edib ki, Donbas məsələsi müzakirə edilsə də, gündəlikdəki mövzular təkcə Ukraynadan ibarət olmayıb.