02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan vətəndaşlarının seçkilərdəki iştirakı necə olacaq?

31.03.2021

 Beynəlxalq "Gallup" sorğu mərkəzi Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı vətəndaşların mövqeyini öyrənib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, sorğuda vətəndaşlara erkən parlament seçkilərində hansı qüvvəni dəstəkləyəcəkləri barədə sual verilib.

Nəticələrə əsasən, Nikol Paşinyanın "Mənim addımım" bloku 31.7 faiz, Robert Koçaryanın siyasi qüvvəsi 5.9 faiz, Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan Partiyası 4.4 faiz, Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 2.7 faiz, Serj Sarkisyanın Ermənistan Respublika Partiyası 2.4 faiz, Daşnaksütun Partiyası 2.1 faiz, Vazgen Manukyanın "Vətənin xilası naminə hərəkatı" 1 faiz, Jirayr Sefilyanın "Sasna Tsrer" hərəkatı 0.5 faiz, Artur Vanesyanın Vətən Partiyası isə 0.4 faiz səs toplayıb.

Respondentlərin 24.6 faizi heç kimə səs verməyəcəyini, 20 faizi isə cavab verməkdə çətinlik çəkdiyini söyləyib.