08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda prezident seçkilərinin vaxtı məlum olacaq

29.07.2018

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin dəqiq vaxtının hələ də müəyyən edilməməsindən narahatçılığını ifadə edib. 
O,seçkilərin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib.
Bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.
Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.
Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: "Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də hakim "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən etməyib, Giorgi Marqvelaşvili özü də bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib. Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır. Buna baxmayaraq, artıq bəzi partiyalar artıq seçkilərə hazırlığa başlayıb, "Avropa Gürcüstanı” partiyası isə daha qabağa gedərək öz namizədinin adını ictimaiyyətə açıqlayıb.