02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qriplə koronavirusu necə fərqləndirmək olar? - AÇIQLAMA

31.03.2021

Qrip və COVID-19-u bir-birindən fərqləndirən xüsusiyyətləri qismən bilirik. Amma bu xüsusiyyətlər daimi dəyişdiyi üçün bəzi suallar yaranır.

DM xəbər verir ki, insanlar da məhz bu səbəbdən qripə, yoxsa COVID-19-a yoluxduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Bu suala cavab verən həkim Aytən Ziyadova bildirib ki, hazırda yaz mövsümü olduğu üçün qripin çox yayılması müşahdə olunur: "İnsanları çaşdıran əsas məqamlardan biri də budur. "Qripəm, keçib gedəcək" kimi sözlər işlədilir. Ancaq sonra məlum olur ki, hərarət qalxır və enmir.

Qrip zamanı hərarət çox da müşahidə edilmir, qalxarkən isə gün ərzində cəmi bir dəfə olur, bədən temperaturu 38 dərəcə olur, sonra enir.

Lakin davamlı şəkildə hərarətlə yanaşı halsızlıq, əzginlik, güclü əzələ ağrıları, nəfəs almaqda çətinlik müşahidə olunursa, vaxt itirmədən COVID-19 üçün test vermək lazımdır. Müasir səhiyyəmizdə xəstəliyin qrip yaxud koronavirus olduğunu müəyyənləşdirən testlər var.

İnsanlar mütləq xəstəxanaya getməli və infeksionistlə məsləhətləşməlidirlər. Ola bilər ki, hansısa klinik əlamətlər olsun. Yalnız həkim məsləhəti ilə hansı testlərin verilməsi dəqiqləşdirilə bilər. Bəzən insanlar xəstəliyin əvvəlində ehtiyacı olmayan testi verir və yalnış yönə istiqamətlənir. Bu da koronavirusu ağırlaşdırır".