02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Pələng" ləqəbli şəhidimizin övladı dünyaya gəldi

31.03.2021

Vətən müharibəsində şəhid olan "pələng" ləqəbli şəhid Qəzənfər Mütəllimovun ikinci övladı dünyaya gəlib.

Bu barədə şəhidin anası Minaxanım Mütəllimova məlumat verib. O, bildirib ki, gəlininin istəyi ilə nəvəsinə Nişanə adı verilib. Bu adın şəhidimizdən nişanə olmasını istədik.

Qeyd edək ki, Sumqayıtdan olan şəhid Qəzənfər Mütəllimov Xüsusi Təyinatlı Qüvvələrin təminat bölməsində xidmət edib. O, aprel döyüşlərində də Talış kəndi istiqamətində iştirak edib. Q.Mütəllimov Vətən Müharibəsində döyüşçüləri silah-sursat və ərzaqla təmin etməklə yanaşı, ağır döyüşlərdə də iştirak edib. 300-dən çox yaralını və xeyli şəhidi döyüş meydanından çıxaran Qəzənfərə "Pələng" ləqəbi qoyublar.O, oktyabrın 5-də Cəbrayılda şəhid olub.

Q.Mütəllimov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.