02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya sülhməramlıları üçün şəhərciklər və hospital tikilir

31.03.2021

Qarabağdakı Rusiya sülhməramlı hərbi kontingenti üçün yeni blok-modul tipli şəhərciklər və mobil hospital tikilir.

DM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya MN başçısının müavini Dmitri Bulqakov bu barədə danışıb.

Hərbçi qeyd edib ki, hazırda 25 blok-modul tipli hərbi şəhərciyin tikintisi davam etdirilir və 5 apreldən gec olmayaraq şəhərciklərin təhvil verilməsi nəzərdə tutulub.

D.Bulqakovun sözlərinə görə, həmçinin Qarabağdakı Rusiya sülhməramlıları üçün mobil hərbi hospital da tikilir ki, onun da aprel ayının sonuna qədər hərbi qulluqçuların istifadəsinə verilməsi planlaşdırılır.