02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çinin “Xiaomi” şirkətinin Türkiyədəki fabriki fəaliyyətə başlayıb

30.03.2021

Çinin texnoloji şirkəti olan "Xiaomi” ilə elektrik və elektron cihazlar üçün ehtiyat hissələri istehsal edən "Salcomp” şirkətinin Türkiyədə inşa olunan yeni fabrikinin açılışı olub.

DM xəbər verir ki, ildə 5 milyon yeni nəsil telefon istehsal etmək gücünə malik bu fabrik İstanbulda fəaliyyətə başlayıb.

Fabrikin açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan "Xiaomi”nin Türkiyədə fəaliyyətə başlayan bu istehsal müəssisəsinin ölkə üçün çox dəyərli olduğunu deyib.

Bildirilib ki, 2010-cu ildə qurulmasına baxmayaraq bu gün istifadəyə verilən və böyük istehsal gücünə malik bu fabrik eyni vaxtda 2 min insanı da işlə təmin edəcək. Bundan əlavə Türkiyədə ildə satılan təxminən 12 milyon ədəd telefonun çox az miqdarının yerli istehsal məhsulu olduğunu deyən nazir müavini ölkədə atılan yeni addımlarla bu sahədə də yeniliklərin gətiriləcəyini, ölkə ərazisində satışa çıxarılan rabitə vasitələrinin böyük əksəriyyətinin daxildə istehsal olunacağını vurğulayıb.