02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Özümüz vaksin yaradıb, onu paylayacağıq - Ərdoğan

30.03.2021

Peyvənd məsələsi ümidsiz bir vəziyyət yaradıb.

DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın 100-ə yaxın ölkəsi hələ də peyvəndlə təmin olunmayıb. Bir tərəfdə demək olar ki, əhalisinin hamısı peyvənd olunmuş ölkələr olsa da, digər tərəfdə milyardlarla insanın hələ də peyvəndi əldə edə bilməməsi insanlıq üçün qorxuducudur.

Vaksinlərin ədalətli bölgüsü təmin edilmədiyi təqdirdə nə pandemiya tez bitəcək, nə də ölkələrin iqtisadiyyatları əvvəlki vəziyyətə qayıdacaq. Türkiyə yerli peyvənd çalışmalarını tamamlandıqdan sonra həmin vaksinləri əlverişli şərtlərlə bütün insanlığın istifadəsinə təqdim etməyi planlaşdırır”, - Ərdoğan bildirib.