04 09 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail vətəndaşlarını Bakıya getməməyə çağırdı

30.03.2021

 İsrail Təhlükəsizlik Şurası vətəndaşları üçün xaricdə terror təhdidi ilə bağlı yeni xəritə yayımlayıb.

DM xəbər verir ki, şura terror təhdidinin əsasən İrandan gələcəyini bildirib.

Tehranın yəhudilərə, xüsusən, müsəlman ölkələrində zərbə endirməyə çalışacağı vurğulanıb. Buna görə də İsrail vətəndaşlarına Gürcüstan, Azərbaycan, Əbu-Dabi, Dubay, Bəhreyn, İraq Kürd Muxtar Vilayəti, Bəhreyn, Türkiyə, İordaniya və Misirə getməməyi tövsiyə edib.

İsrail vətəndaşlarına həmçinin İŞİD-in də təhdid yaradacağı qeyd edilib. Üstəlik, İsrail obyektlərinə Avropada da zərbə endirilə biləcəyi vurğulanıb.