Ara Ayvazyan XİN rəhbəri vəzifəsini tərk edəcək  
    
                          
     
                         30.03.2021
 
    
                         Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın günlərdə vəzifəsini tərk edəcək.
Bu barədə erməni nəşri "168 jam” məlumat yayıb.
Qeyd edilib ki, 2020-ci ilin noyabrında, İkinci Qarabağ müharibəsindən və Zöhrab Mnatsakanyanın istefasından sonra bu vəzifəyə təyin olunmuş Ayvazyanın yerinə artıq namizəd müəyyənləşdirilib. Belə ki, onun müavini Artak Apitonyanın xarici işlər naziri təyin ediləcəyi bildirilir.
Qəzet yazır ki, Ara Ayvazyanın hazırkı hakimiyyət orqanları, xüsusən də onların apardıqları siyasətlə bağlı ciddi fikir ayrılıqları var: "Nikol Paşinyan da daxil olmaqla, müxtəlif dövlət məmurları tez-tez Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayan və Ermənistanın rəsmi xarici siyasətinə zidd olan açıqlamalar verirlər. Sonradan bu açıqlamalar diplomatik korpuslarda problemlər yaradır".