09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldo “Instagram”da hər paylaşımına görə 640 min avro qazanır

29.07.2018

İtaliyanın "Yuventus” komandasının futbolçusu Kriştiano Ronaldo "Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır.
Hopper HQ saytı xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Belə ki, o portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.
İlk onluqda Fransa təmsilçisi PSG-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və İspaniyanın "Barselona” komandasının argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).
Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid”dən "Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldonun "Instagram”da 137 milyon izləyicisi var.