Naxçıvanda toylara icazə verilib? - RƏSMİ AÇIQLAMA  
    
                          
     
                         29.03.2021
 
    
                        Sosial şəbəkələrdə Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Məlumatda qeyd edilib ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etməyə icazəsi verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli məsələyə münasibət bildirib.
O qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Yazılanlar həqiqəti əks etdirmir.