09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib

28.07.2018

Yerevan Şəhər Məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb.
Ria Novosti agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müttəhimin vəkili Aram Orbelyan deyib. Vəkil qeyd edib ki, məsələ ilə bağlı əlavə məlumatı bu gün keçiriləcək mətbuat konfransında çatdıracaq.
İyulun 26-da R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona "qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.