03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin Britaniya parlamentinin üzvlərini "qara siyahı"ya saldı

26.03.2021

 Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Bölgəsində "insan hüquqları” mövzusu ilə bağlı yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına qarşı sanksiyalar tətbiq edib.

DM-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub. Bundan başqa "qara siyahı”ya düşənlərin ölkədəki hesabları da dondurulacaq.

Çin vətəndaşlarına və qurumlarına sanksiya siyahısına düşənlərlə əməkdaşlıq qadağandır.

Çin XİN rəsmi Londona yenidən xəbərdarlıq edərək, Çinin əks təqdirdə daha sərt cavab verəcəyini açıqlayıb.