27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İspaniya, Meksika və Kuba mətbuatı Novruz Bayramından yazdı

25.03.2021

Azərbaycan-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov "HorraPress" - Avropa Azad Mətbuatına, Meksikanın "Expresionmexico" xəbər saytına və Kuba mediasına Novruz Bayramı haqqında məlumat verib.

DM-in məlumatına görə, məqalələrdə qeyd olunur ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir:

"Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan da bir çox şərq ölkələri kimi baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayır.

2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının mənşəyi qədimdir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Bu tarixdə insanlar dostlarını, qohumlarını və qonşularını ziyarət edirlər.

Azərbaycanda şənliklərin ənənəvi nöqtəsi İçərişəhərdir. Bakının, milli paytaxtın simvolu olan İçərişəhərdə bütün xalq üçün böyük yarmarkalar təşkil olunur və televiziya vasitəsilə birbaşa yayımlanır".

Məqalələrdə eyni zamanda qeyd olunur ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev Şuşada, Cıdır düzündə Novruz Bayramı münasibətilə tonqal yandırdı və birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə birlikdə mədəniyyət paytaxtından Azərbaycan xalqını təbrik etdilər.

YAZILARLA AŞAĞIDAKI LİNKLƏRDƏ TANIŞ OLMAQ OLAR:

//es.horrapress.eu/archivos/1688

//expresionmexico.com/2021/03/22/novruz-momento-para-la-reconciliacion-y-celebracion-de-la-primavera/

//www.prensa-latina.cu/index.php?o=rn&id=437666