28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan parlamentində qalmaqal

25.03.2021

Ermənistan parlamentinin müstəqil deputatları hökumət nümayəndələrindən spikerə şikayət ediblər.

DM erməni mediasına istinadən xəbər verir ki, deputatlar Taqo Qovmasyan və Qor Gevorqyan parlamentə təşrif buyuran hökumət nümayəndələrinin onlara qarşı saymazlıq nümayiş etdirdiyindən şikayətçidir. Onlar iddialarını hökumət nümayəndələrinin deputatların suallarını cavablandırmaqdan imtina etməsi ilə əsaslandırırlar.

Hökumət nümayəndələri deputatlara bildiriblər ki, suallarına cavab almaq istəyirlərsə, yazılı formada təqdim etsinlər. Deputatlar isə bunu saymazlıq və təhqir kimi qiymətləndiriblər.

Onlar spikeri də məsələyə müdaxilə etmədiyinə görə qınayıblar.

Spiker Ararat Mirzoyan isə bildirib ki, "müstəqil deputat” yoxdur. Sadəcə heç bir fraksiyada təmsil olunmayan parlamentarilər var. Spiker daha sonra əlavə edib ki, o da öz vəzifələrini yaxşı bilir və nəyi necə etmək haqqına sahibdir.