27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keşmiş baş nazir xəstəxanalıq oldu

24.03.2021

 İtaliyanın sabiq Baş naziri, "Milan" klubunun keçmiş rəhbəri Silvio Berluskoni hospitalizə edilib.

DM xəbər verir ki, bu barədə ANSA agentliyinin tvitter səhifəsində yazılıb.

Onun vəkili Federiko Çekkoninin sözlərinə görə, Berluskoni hələ martın 22-də xəstəxanaya yerləşdirilib. Siyasətçinin vəziyyəti ilə bağlı hələlik heç nə məlum deyil.

Xatırladaq ki, bu ilin yanvarında Berluskoni ürək problemi ilə əlaqədar Monakoda təcili hospitalizə edilmişdi. 84 yaşlı siyasətçiyə ürək aritmiyası diaqnozu qoyulmuşdu.

Ötən ilin sentyabrında isə keçmiş Baş nazirə ikitərəfli pnevmoniya diaqnozu qoyulmuş, sentyabrın 14-də evə buraxılmışdı.