28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni müxalifəti parçalandı

24.03.2021

 Bir neçə gün əvvəl Ermənistan müxalifətinin liderləri görüş keçiriblər.

DM xəbər verir ki, bu məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, görüşdə Robert Köçəryan, Serj Sərkisyan, Qagik Çarukyan, Artur Vanetsyan, İşxan Saqatelyan və Vazgen Manukyan iştirak edib. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar parlament seçkisi olub.

İclasda iştirak edən Manukyan seçkidə iştirak etməyəcəyini və küçə mübarizəsini davam etdirəcəyini bildirib. O, müxalifətin Paşinyana qarşı bütün resursundan istifadə etmədiyini söyləyib. Onun sözlərinə görə, müxalifətin daxilində bəzi qüvvələr hökumətlə danışıqlara gedərək, hesablaşdığı üçün hərəkat uduzub.

Qəzet Daşnaksütyunla Robert Köçəryandan başqa bütün partiyaların seçkiyə təkbaşına getmək istədiklərini yazıb. Buna görə də Daşnaksütyunla Köçəryanın seçkiqabağı blok formalaşdıracağı vurğulanıb.