28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni nazir MƏHKƏMƏYƏ VERİLDİ

24.03.2021

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan məhkəməyə verilib.

DM-in erməni mediasına istinadla xəbərinə görə, naziri məhkəməyə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan verib.

O, iddiasında nazirin onu əvvəlki vəzifəsinə bərpa etməsini tələb edir. Xaçatryanın iddiası qəbul olunub. İş hakim Daniel Danielyanın icraatındadır.

Tiran Xaçatryan bundan əvvəl Ermənistanın prezidenti Armen Sarkisyanı məhkəməyə vermişdi. O, işdən çıxarılması barədə prezidentin 24 fevral 2021-ci il tarixli sərəncamının ləğvini tələb edirdi.