08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda ağac “qətliamı”

27.07.2018


Bakı şəhərində "ağac qətliamı" davam edir. Növbəti ağac kəsimi hadisəsi Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsi 22-də qeydə alınıb. Bu barədə Lent.az-a adıçəkilən ünvanda yaşayan sakinlər məlumat verib. Bildirilib ki, iyulun 26-sı günorta saatlarında hər kəsin işdə olmasından istifadə edən bir sıra şəxslər yeni tikilən obyektin qarşısındakı ağacları kəsib.
İddialara görə, ağaclar obyektin qarşısını kəsdiyi üçün onlar yox edilib:"Həmin şəxslər kəsdikləri ağacların köklərini çıxarmağa çalışıblar. Məqsədləri isə məlumdur - burada ağacların olmadığını sübut etmək. Lakin məqsədlərinə çata bilmədikləri üçün ağacların üzərinə torpaq tökərək izi itirmək istəyiblər.Ağac kəsiminə onlara kim icazə verir? Həmin ərazidə 4 ədəd qurumuş şam ağacları var. Dəfələrlə müraciət etsək də o quru ağacları Yaşıllaşdırma idarəsi kəsməyib. Görünür, bu qurum ancaq kökü üstə yaş ağacları kəsmək ilə məşğuldur. Bu ərazidə bu hal ilk dəfə baş vermir”.
Şikayətçilər məsələ ilə bağı Ekologiya nazirliyinin "Qaynar xətt"inə müraciət olunduğunu bildiriblər.
Şikayət məktubunda o da qeyd olunur ki, ərazidəki ağaclar vaxtilə birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə salınıb.

***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəsimi rayonunda ağacların kəsilməsi hadisəsinə münasibət bildirib. Nazirlikdən  bildirilib ki, "Qaynar xətt”ə Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər
Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb: " Əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanuna müvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub. Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş” verilib.