28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada hərbi təyyarə qəzaya uğradı

23.03.2021

 Kaluqa yaxınlığında yerləşən hərbi aerodromda bombardmançı Tu-22M3 təyyarəsi qeyri-normal şəraitdə katapult edib, ekipaj üzvləri həlak olub.

DM "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində bombardmançı təyyarənin 3 ekipaj üzvü həlak olub. İnsident təyyarənin uçuşa hazırlığı zaman baş verib.

Bildirilib ki, paraşütlərin istifadəsi üçün müvafiq hündürlük olmadığından paraşütlərdən istifadə olunmayıb və üç ekipaj üzvü eniş zamanı ağır xəsarətlər alıb, nəticədə onlar həyatlarını itiriblər.

Tu-22M3 Sovet istehsalı Tu-22M2-nin modernləşdirilmiş versiyasıdır, hədəfləri vurmaq üçün hazırlanmış strateji çox rejimli, səsdən sürətli bombardmançıdır. Təyyarə saatda 2300 kilometrə qədər maksimum sürət yığa bilər. Rusiyanın istismarında təxminən 60 belə təyyarə var.